"Kayserispor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq. 50 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Hamza Hamzaoğlunun son klubu "Yeni Malatyaspor" olub. O, işindən bu il ayrılıb.
Qeyd edək ki, "Kayserispor" hazırda Superliqanın turnir cədvəlində 31 xalla 16-cıdır.