Dieqo Forlanın yeni iş yeri

Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.

 

Newsport.az-ın xəbərinə görə, 41 yaşlı mütəxəssis ölkəsində “Atenas” komandasını çalışdıracaq. Onunla müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Forlan son olaraq Uruqvayın “Penyarol” komandasında baş məşqçilik edib.

Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, 112 dəfə də Uruqvay millisinin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right