“Milan”ın müdafiəçisi Davide Kalabriya əməliyyat olunub.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun bu gün dizindən əməliyyat olunduğu bildirilib. Onun bərpa müddəti açıqlanmasa da, bir neçə ay meydana çıxmağacağı məlumdur.
Qeyd edək ki, Kalabriya bu mövsüm “Milan”ın heyətində 32 oyuna çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə edib.