“Hər iki matçda da yaxşı oynadıq, qol şansları yaratdıq. Ancaq bu futboldur - qol vurmasan, qələbə qazana bilmərsən. Şansların fərqində deyilsinizsə, getdikcə vəziyyət daha da çətinləşir və rəqib şansları yaradır. Onlardan birindən "Mançester Yunayted" istifadə etdi".
Newsport.az xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Avropa Liqasının 1/8 finalında "Mançester Yunayted"ə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.
"İki yaxşı matç oynayaraq turnirlə vidalaşdığımız üçün hamımız əsəbiyik, amma buraxmamalı olduğumuz bir qolu qapımızda gördük. Ancaq bu kimi vəziyyətlərdən nəticə çıxarmalıyıq. Gələcək matçları düşünməliyik" - deyə o bildirib.