Fərid Nəbiyevin yoxluğunda komandası məğlub oldu

Futbol üzrə Çexiya 2-ci divizionunda 15-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Prostejov”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
15 turdan sonra 22 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right