Harvarda qəbul oldu, karyerasını başa vurdu

"Monako"nun futbolçusu Alessandro Arlotti 18 yaşında futbolçu karyerasını başa vurub.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Harvard Universitetinə qəbul olduğu üçün bu addımı atıb. İtaliya futbolunun gələcək vəd edən oyunçularından sayılan Arlotti xeyli düşündükdən sonra bu qərarı verib.

Gənc yarımmüdafiəçi futbola universitet komandasında davam edəcəyini söyləyib.

Qeyd edək ki, A.Arlotti İtaliyanın U-17 və U-18 milli komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right