Tribunada Tyaqo Silva şousu

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko”ya qarşı Londonda keçirilən dünənki matçda “Çelsi”nin oyunçusu Tyaqo Silva diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, 36 yaşlı braziliyalı futbolçu bu görüşdə iştirak etmədiyindən görüşü tribunadan izləyib. Bu zaman o, komandasına fəal şəkildə dəstək olub və hətta müəyyən göstərişlər də verib. Onun bu emosionallığı, narahatlığı və nəhayət, qol sevinci kameralara düşüb.

Qeyd edək ki, “Çelsi” hər iki matçda (2:0, 1:0) qələbə qazanaraq 1/4 finala adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right