Mayın 29-da İstanbulda keçiriləcək Çempionlar Liqasının finalına azarkeşlərin buraxılacağı gözlənilir.
Newsport.az-ın xəbər verir ki, bu haqda UEFA-dakı mənbələr ESPN-ə bildirib. Qeyd edilib ki, koronavirus pandemiyasına görə bu mövsüm ÇL-in oyunlarına fanatlar buraxılmasa da, həlledici görüşə onlar tribunalardan baxa biləcəklər. May ayından etibarən Avropa İttifaqında sərbəst daxili hərəkətın bərpası nəzərdə tutulur. Bu isə İstanbuldakı finala azarkeşlərin buraxılması ehtimalını artırır.