“Zirə”nin legioneri yığmada “Qarabağ”ın futbolçusuna rəqib oldu

"Zirə”nin hücumçusu Klesio Bauk Mozambik millisinə dəvət alıb.
 
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu ölkəsinin millisinin Afrika Millətlər kubokunun seçmə mərhələsində Ruanda və Kabo-Verdeyə qarşı keçiriləcək görüşləri üçün heyətə salınıb.
 
Mozambik millisi martın 22-də Ruanda ilə səfərdə, 30-da isə evdə Kabo-Verde ilə qarşılaşacaq. Kabo-Verde yığmasına “Qarabağ”ın futbolçusu Patrik Andrade dəvət alıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right