Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın “Atalanta” klubu ilə oyun Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.
Newsport.az xəbər verir ki, alman futbolçu komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə meydana çıxmaqla ÇL-də 100-cü matçını keçirib.
31 yaşlı yarımmüdafiəçi bununla qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. “Bavariya”da çıxış edən qapıçı turnirdə 117 ÇL matçına çıxıb.