Rus hakimlər həmrəylik aksiyasına qoşulmadılar

Sergey Karasevin rəhbərlik etdiyi rusiyalı hakimlər briqadası Çempionlar Liqasının 1/8 finalının ötən gecə keçirilən oyununda  “Black Lives Matter" ("Qaraların həyatı əhəmiyyətlidir") həmrəylik aksiyasına qoşulmayıblar.

Newsport.az xəbər verir ki, hakimlər “Mançester Siti" - "Borussiya" (Münhenqladbax) matçında futbolçulardan fərqli olaraq diz çökməyiblər.

Bu aksiya əsasən İngiltərə klubları arasında keçirilən görüşlərdə qorunub saxlanılıb. Məsələn, ÇL-in qrup mərhələsinin “Çelsi” ilə matçında “Krasnodar” futbolçuları diz çökməyib.

Qeyd edək ki, UEFA oyundan əvvəl futbolçu və hakimlərin diz çökməsinə icazə verir. Ancaq bu, məcburi deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right