"Mənə Çempionar Liqasını qazanmalı olduğumu dedilər" Pep

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kluba ilk gəldiyi vaxtları xatırlayıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib: "Mən kluba ilk dəfə gəldiyim vaxtdan etibarən Çempionlar Liqasını qazanmalı olduğumu demişdilər. Söyləmişdilər ki, bunu bacarmasan, uğurlu ola bilməyəcəksən. Çempionlar Liqası yükü həmişə çiyinlərimizdə var idi. Amma mən bununla maraqlanmıram. Futbolda belədir ki, layiqsənsə, davam edirsən. Layiq deyilsənsə, heç nə edə bilməzsən. Nə qazanacağınızı düşünərkən nə etməli olduğunuzu unudursunuz. Mən rəqiblərimizə, oyun taktikamıza, prinsiplərimizə və necə çıxış etmək istədiyimizə köklənirəm".

Qeyd edək ki, "Mançester Siti" ötən gecə Çempionlar Liqasında 1/8 finalın cavab matçında Münhenqladbax "Borussiya"sını məğlub edib (2:0). Komanda turnirin 1/4 final mərhələsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right