AÇ-2020 azarkeşlərin iştirakı ilə keçiriləcək

UEFA prezidenti Aleksander Çeferin AÇ-2020-nin oyunlarının azarkeşlərin iştirakı ilə keçiriləcəyini bildirib. Newsport.az xəbər verir ki, bu barədə 54 yaşlı funksioner “Sky Sports”a açıqlamasında deyib.
 
Çeferin, AÇ-2020-də bütün oyunların azarkeşlərin iştirakı ilə keçiriləcəyini və bunu qəbul etməyən ölkələrdən ev sahibliyinin alınacağını bildirib:
 
“Bir neçə ssenarimiz var. AÇ-2020-də hansısa bir oyunun azarkeşsiz keçirilməsi ehtimalı yoxdur. Ev sahibi hər ölkə oyunların azarkeşlərlə keçirilməsini təmin etməlidir. Yekun qərar aprelin 20-də veriləcək”.
 
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right