“Sabah”la “Sumqayıt” Masazırda qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Sabah”la “Sumqayıt”ın yoxlama oyununda qarşılaşacağını xəbər vermişdik.
 
Newsport.az xəbər veriki, martın 28-də, Masazırda “Bank Respublika Arena”da keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
 
Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. “Sabah” Premyer Liqada növbəti oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək. “Sumqayıt” isə lider “Neftçi”nin qonağı olacaq. Hər iki oyun aprelin 4-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right