İngiltərə Premyer Liqasında ilin futbolçusu seçildi

İngiltərə Premyer Liqasında ilin futbolçusunun adı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun saytı məlumat yayıb. İlin ən yaxşısı "Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş olub. 26 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın bu mükafata layiq görülən ilk futbolçusu olub.

Portuqaliyalı oyunçu ötən ay Avropa Liqasında da həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, Fernandeş bu mövsüm 28 matça çıxaraq, 16 qol vurub və 11 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right