"Renn"in prezidenti Nikolas Olveçdə xərçəng xəstəliyi aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbər şəxs ötən həftə müayinə edilib və onda xərçəng xəstəliyi olduğu dəqiqləşib.
Müalicə xəstəxanaya yerləşdirilmə tələb etmədiyinə görə Olveç vəzifəsini icra edə biləcək.
Qeyd edək ki, "Renn" Liqa 1-in turnir cədvəlində 38 xalla 10-cudur.