“Mənə elə gəlir ki, Messi “Barselona”da qalacaq”

“İnter”in vitse-prezidenti Xavyer Zanetti “Barselona”nın hücumçusu Lionel Messini transfer edəcəklərinə dair xəbərlərə münasibət bildirib.

Newsport.az-ın xəbərinə görə, klub rəsmisi “Football Italia”ya müsahibəsində bununla bağlı sualı cavablandırıb.

Zanetti deyib: “Messi “Barselona”nın futbolçusudur və bütün karyerasını orada keçirib. Mənə elə gəlir ki, o, “Barselona”da qalacaq. Ona görə də biz əlimizdə olan futbolçulara köklənmişik. Biz özümüzü və oyunları düşünməliyik. Amma əlbəttə, A seriyasına güclü futbolçular gələndə yaxşı olur. Kriştiano Ronaldonun gəlişi liqa üçün əla idi”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right