Qvardiola VAR-ı tənqid etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunda "Sauthempton"la matçdan (5:2) sonra VAR-ı (videotəkrar) tənqid edib.

Newsport.az "The Guardian"a istinadən xəbər verir ki, ispan mütəxəssis görüşün ilk hissəsində Fil Fodenə qarşı kobudluğa görə penalti təyin olunmadığı üçün bu addımı atıb.

"5:2 hesabı ilə qələbə qazandığımız üçün, xoşbəxtəm. Amma hesab 1:1 olarkən bu, baş verdi. Hakimlər peşəkardır və hamısı öz işlərini görməlidirlər. Penalti qərarı verməmək heyrətamizdir. Bəlkə bir gün əllə bağlı epizodlarda VAR-ın necə işlədiyini izah edəcəklər.Penalti epizodunu hakim görmür, amma VAR-da görmürsə..." - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right