De Xea derbidə oynamayacaq

"Mançester Yunayted"in qapıçısı David de Xea İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" ilə oyunu buraxacaq.

Newsport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer mətbuat konfransına bildirib. O, ispan qolkiperin bu gün qızının dünyaya gəldiyini və bu səbəbdən oyunçunun bir müddət komandadan kənarda qalacağını deyib:

"David üçün fantastik bir gündür. Ata olmaq, ehtimal ki, hiss edə biləcəyiniz ən yaxşı hissdir. Bu hissi yaşayanlar Davidin indi nələr yaşadığını bilirlər. Ona vaxt verəcəyik".

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matçı martın 7-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right