"Neftçi"dən qovulan: "Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik"

"Mövsümə yüksək notlarla başladıq, ilk yarım ildə birinci pillədə idik. Hətta "Qarabağ"la 6 xallıq fərqimiz var idi".

Newsport.az-ın məlumatına görə, bu sözlər "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinə məxsusdur.

Ötən ilin yanvarında klubdan qovulan 56 yaşlı italyan çalışdırıcı bura ilə bağlı gözəl xatirələri olduğunu bildirib:

"Mövsümün sonlarına doğru xallar itirməyə başladıq. Nəticədə liderliyi əldən verdik. Hər şey öz günahımızdan oldu, özümüz səhv etdik.

Amma bu da uzun illər ərzində "Neftçi" üçün tarixi uğur idi. Avrokuboklarda da eyni hal yaşandı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right