"Roma"nın ötən gecə Avropa Liqasının 1/16 finalında "Braqa" ilə matçda 2 futbolçusu zədələnib.
Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, sözügedən oyunçular Brian Kristante və Rocer İbanesdir. Hər iki müdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib. Onların A seriyasının növbəti turunda "Benevento" ilə görüşdə iştirak edib-etməyəcəyi isə məlum deyil.
Qeyd edək ki, "Roma" "Braqa"ya 2:0 hesabı ilə qalib gəlib.