UEFA Avropa Liqasının ötən keçirilən 1/16 final matçlarında yeni rekord qeydə alınıb.
Newsport.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Ötən gecə oynanılan 16 qarşlaşmada ümumilikdə 59 qol vurulub. Bu isə indiyədək göstərilən ən yaxşı nəticədir və turnirdə yeni rekord hesab edilir.
Qeyd edək ki, 1/16 finalın cavab görüşləri fevralın 24-25-də keçiriləcək.