“Tottenhem”in Keynə qoyduğu qiymət bilindi

“Tottenhem” hücumçusu Karri Keynin qiymətini müəyyənləşdirib.

Newsport.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu futbolçusunu satmağa hazırdır. Buna görə də ona 170 milyon avro qiymət qoyulub. Bu qiymətdən aşağı olan şərtlərə klubun baxmayacağı bildirilib.

Məlumata görə, hazırda “Mançester Yunayted” və “Mançester Siti” Keyni transfer etməkdə maraqlldır.

Qeyd edək ki, bu mövsüm 27 yaşlı futbolçu klubunda 32 oyunda meydana çıxıb, 21 qol vurub və 14 qolun ötürməsini edib. Onun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin iyunun 30-da başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right