“Yuventus” “Portu”ya, “Sevilya” “Borussiya”ya qarşı Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
 
Newsport.az xəbər verir ki, hər iki qarşılaşmaya eyni saatda start veriləcək.
 
İtaliyanın “Yuventus” klubu Portuqaliyada “Portu” ilə qarşılaşacaq. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonuççi və Paulo Dibala da zədəli olduqları üçün oynaya bilməyəcək. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxacaq.
 
Gecənin digər görüşü İspaniyada baş tutacaq. Burada Almaniyanın “Borussiya” (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın (İspaniya) qonağı olacaq. 
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə PSJ (Fransa) səfərdə "Barselona"nı (İspaniya) 4:1, "Liverpul" (İngiltərə) isə "Leypsiq"i (Almaniya) 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
 
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
17 fevral
 
00:00. “Portu” - “Yuventus”
 
00:00. “Sevilya” - “Borussiya” (Dortmund)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right