Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Newsport.az xəbər verir ki, o, futzal üzrə AÇ-2022-nin ilkin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Belarus və Ukrayna – Xorvatiya oyunlarının hakim-inspektoru olacaq.
Qarşılaşmalar müvafiq olaraq martın 2-də və 7-də təşkil ediləcək.