İngiltərənin “Çelsi” klubu Premyer Liqanın rekordunu təkrarlayıb.
Newsport.az saytının məlumatına görə, London təmsilçisi yeni baş məşqçisinin rəhbərliyi altındakı ilk 5 oyunda cəmi 1 top buraxıb.
Tomas Tuxelin bu vəzifəyə təyinatından sonra 4 qələbə qazanan “zadəganlar” 1 heç-heçə edib. 1 qol buraxan paytaxt təmsilçisi müdafiədə belə etibarlı çıxış edən 3-cü komanda olub.
İndiyədək yalnız iki komanda yeni çalışdırıcısı ilə 5 oyunda 1 top buraxıb. “Çelsi” Joze Mourinyonun, “Lester” Piter Teylorun debütdəki beş matçında bu nəticəyə imza atıb.
London klubu Tuxelin başçılığı altında 5 oyunda 13 xal toplamaqla Mourinyonun startdakı nəticəsini təkrarlayıb. Yalnız Karlo Ançelotti və Maurisio Sarri daha çox – hərəyə 15 xal qazanıb.