"Liverpul"un baş məşqçisi Yurgen Klopp istefa verəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu cür fikrinin olmadığını deyib:
"Xeyr, belə bir planım yoxdur. Fasiləyə ehtiyacım da yoxdur. Bu haqda xəbərlər eşitmişdim. Onsuz da hamı necə çətin bir dönəmdən keçdiyimizi bilir. Amma işimə qayıdanda dəyişirəm. Şəxsi həyatımla işimi birləşdirmirəm. Əlbəttə ki, şəxsi həyatdakı çətinliklər mənə təsir edir. Amma heç kim mənə görə narahat olmamalıdır. Bəlkə də yaxşı görünmürəm. Hər gün yatıram. Günlər keçdikcə saqqalım ağarır. Amma enerji qazanıram".
Qeyd edək ki, "Liverpul" bu mövsüm Premyer Liqada 40 xal toplayıb və 4-cü pillədə qərarlaşır.