Türkiyə Superliqasının son qalibi "Başakşəhər" elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir.
Newsport.az xəbər verir ki, mövsümə baş məşqçi Okan Burukla başlayan və Aykut Kocamanla davam edən İstanbul təmsilçisi son 7 matçdır qələbə qazana bilmir. Komanda ölkə çempionatında 25 turdan sonra təhlükəli zonada yer alıb. "Başakşəhər" bu mövsüm 4 klubun əsas liqanı tərk edəcəyi 21 komandalı çempionatında 24 xalla 18-ci pillədə qərarlaşıb. Son çempion aşağı liqaya enəcəyi təqdirdə, bu göstəricidə Türkiyədə bir ilki yaşayacaq.
Qeyd edək ki, Avropanın 5 büyük futbol ölkəsindən İngiltərədə "Mançester Siti" (1937/1938 mövsümü), Almaniyada "Nürnberq" (1968/1969) çempion olduqları mövsümün növbəti ili əsas liqa ilə vidalaşan komandalar olub.
İtalyada isə keçmiş illərdə "Yuventus" (2006/2007) və "Milan" (1979/1980) danışılmış oyunlar səbəbindən çempion olduqları mövsümün növbəti ili elitadan uzaqlaşdırılmışdılar.