Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” səfərdə “Haydenhaym”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Nazarov matçın 72-ci dəqiqəsində meydana daxil olub.
Aue təmsilçisi 29 xalla 9-cu pillədə qərarlaşıb.