“Bavariya”da Serj Qnabri şoku

Futbol üzrə klublararası dünya çempionatının final matçında “Tiqres”ə (Meksika) 1:0 hesabı ilə qalib gələn “Bavariya” ciddi itki ilə üzləşib.
 
Newsport.az xəbər verir ki, Münhen klubunun futbolçusu Serj Qnabri bu oyunda ciddi zədə alıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunun 64-cü dəqiqəsində zədələnən futbolçu matçı davam etdirə bilməyib.
 
Tibbi müayinədən sonra Qnabrinin sol ayaq əzələsindən zədələndiyi müəyyənləşib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right