Türkiyə superliqasında 30-cu turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 görüş keçirilib.
Öz meydanında "Karabükspor"la qarşılaşan "Bursaspor" rəqibini biabır edib. Fasiləyə 2:1 üstün yollanan "Bursaspor" ikinci hissədə daha 5 qol vuraraq oyundan qalib ayrılıb - 7:1.
Çempionluq uğrunda mübarizəsini davam etdirən "Fənərbaxça" səfərdə "Sivasspor"un qonağı olub. "Sarı-lacivərdli" komanda rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, superliqaya bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
9 may
Türkiyə superliqası, 30-cu tur
“Gənclərbirliyi” – “Akhisar” - 0:0
“Bursaspor” – “Karabükspor” - 7:1
Qollar: Holmen, 18 (1:0), Fernandao, 25 (2:0), Akpala, 39 (2:1), Fernandao, 50-pen (3:1), 52 (4:1), V.Şən, 65 (5:1), Bakambu, 79 (6:1), Fernandao, 81-pen (7:1)
“Balıkesirspor” – “Başakşəhər” - 1:2
Qollar: Batdal, 11-pen (0:1), Zeç, 50 (1:1), Şəntürk, 90+2 (1:2)
Qırmızı vərəqələr: Öztorun, 4 ("Başakşəhər"), Kulusiç, 15 ("Balıkesirspor")
“Sivasspor” – “Fənərbaxça” - 2:3
Qollar: Taouil, 8 (1:0), Dieqo, 9 (1:1), Çiçinyo, 24 (2:1), Vebo, 56 (2:2), Sou, 87 (2:3)
8 may
“Eskişehirspor” – “Kasımpaşa” – 4:1
Qollar: Kakak, 17, Funes, 28, Şişmanoğlu, 45, Angelo, 85 - Skarione, 81
“Qalatasaray” – “Konyaspor” – 1:0
Qol: Selcuk İnan, 84
“Erciyesspor” – “Mersin” – 2:2
Qollar: Çağlayan, 43 (1:0), Zoua, 49 (2:0), Vederson, 59 (2:1), Sadiku, 90 (2:2)
10 may
“Rizespor” – “Trabzonspor”
“Beşiktaş” – “Qaziantepspor”