"Mançester Siti”nin baş məşqçisi Messiyə zəng edəcək

İngiltərənin "Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola Münhen “Bavariya”sını klublararası dünya çempionatının finalında "Tiqres" üzərində qələbə (1:0) qazanması münasibətilə xüsusi tərzdə təbrik edib.

Newsport.az xəbər verir ki, bu barədə "Bavariya"nın tvitterdəki səhifəsində bildirilir.

"Biz fəxr edirik, mən fəxr edirəm, hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və xidmətçi personala bu təəccüblü hadisəyə görə təbriklər. Amma mən Hansa demək istəyirəm ki, siz ardıcıl altı titul qazanmış ikinci komandasınız! Sizə qədər daha bir komanda vardı - "Barselona". Ona görə, mən ola bilsin, Messiyə və kluba zəng vuracam ki, biz yeddinci titul üçün oynaya biləcəyik? Mənə deyin – harda və nə vaxt və biz orada nə vaxt olacağıq!" - Qvardiolanın “Bavariya”nın tvitterdəki səhifəsində yayılmış paylaşımında deyilir.

Xatırladaq ki, daha əvvəl "Bavariya" Almaniya çempionatını, Çempionlar Liqasını, Almaniya Kuboku, Almaniyanın və UEFA-ın Superkubokunu udub.

Qeyd edək ki, "Bavariya" ötən gün ikiqat dünya çempionu olub. Komanda Qətərdə keçirilən klublararası dünya çempionatında Meksikanın "Tiqres" komandasına minimal hesabla qalib gəlib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right