"Beşiktaş" Türkiyə kubokunun yarımfinalında

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçirilib.

“Antalyaspor” səfərdə "Sivasspor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yarımfinalda Antalya təmsilçisi  “Alanyaspor”la üz-üzə gələcək.

Son oyunda isə “Beşiktaş” “Konyaspor”un qonağı olub. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Beşiktaş" yarımfinala yüksəlib. Komandanın növbəti mərhələdəki rəqibi “Başakşəhər” olacaq.

Qeyd edək ki, yarımfinal oyunları martın 16-18-də keçiriləcək.

11 fevral

“Sivasspor” – “Antalyaspor” – 0:1
Qol:
 Fredi, 62-pen

“Konyaspor” – “Beşiktaş” – 1:1 (penaltilər seriyası - 2:3)
Qollar:
 Bardakçı, 18 – Özyakup, 13

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right