İtaliyanın “Napoli” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Newsport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, müdafiəçi Fauzi Qulamın testinin nəticəsi pozitiv çıxıb. Əlcəzair millisinin sol cinah oyunçusu bu səbəbdən təcrid olunub və onun müalicəsinə start verilib.
Qeyd edək ki, “Napoli” A seriyasının XXI turu çərçivəsində fevralın 6-da “Cenoa”nın qonağı olacaq.