"Liverpul" 37 il sonra ardıcıl 3 Premyer Liqa oyununda meydanı qol vurmadan tərk edib.
Newsport.az-ın məlumatına görə, "mersisaydlılar" buna 22-ci turda "Brayton"la matçda imza atıblar.
0:1 hesabı ilə uduzan Yurgen Kloppun komandası ardıcıl 3 ev oyununda qol vura bilməyib.
"Qırmızılar" son dəfə belə nəticəni 1984-cü ildə göstərib.
Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 40 xalla 4-cüdür.