Rusiya Futbol İttifaqının prezidenti açıqlandı

Rusiya Futbol İttifaqının (RFS) prezidenti müəyyənləşib.

Newsport.az xəbər verir ki, Aleksandr Dyukov yenidən 4 il üçün qurumun rəhbəri olub.

Seçki Moskvada RFS-in növbədənkənar Konfransında gerçəkləşib. "Qazprom neft" şirkətinin İdarə Heyətinin sədri olan Dyukov yeganə namizəd idi. O, RFS prezidenti vəzifəsinə yekdilliklə seçilib.

Qeyd edək ki, 53 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right