Braziliyalı qapıçı oyun vaxtı ağır zədə aldı

Braziliya A Seriyasının XXXIII turunun "Vasko Da Qama" - "Baiya" matçında xoşagəlməz hadisə baş verib.
 
Newsport.az-ın məlumatına görə, görüşün 80-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Duqlas Fridrix ağır zədə alıb.
 
Rəqib komandanın müdafiəçisi Leandro Kastan qol vurmaq istəyərkən ayağı ilə qolkiperin sifatinə zərbə endirib. Futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Hadisə nəticəsində Fridrixin üzünə 5 tikiş atılıb. Kastan isə matçdan sonra paltardəyişmə otağına gələrək qapıçıdan üzr istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right