Kuyt "Feyenoord"dan ayrıldı

Dirk Kuyt "Feyenoord"dan ayrılıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, o, Niderland təmsilçisində məşqçi vəzifəsindən ayrılıb.

“Hər kəs "Feyenoord"un mənim üçün nə demək olduğunu bilir. Son illərdə bu klubda çox təcrübə qazandım. Yollarımızın yenidən kəsişəcəyini bilirəm, amma indi başqa bir yerdə yolumu davam etdirməyimin vacib olduğunu düşünürəm. Mən hisslərimin arxası ilə gedirəm" - deyə sabiq futbolçu klubun saytına açıqlamasında bildirib.

Qeyd edək ki, Kuyt 2018-ci ildən "Feyenoord"da işləyirdi. O, futbolçu kimi 2003-2006 və 2015-2017 illərdə bu klubda oynayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right