İngiltərənin “Piterboro” klubunda çıxış edən Serhat Taşdemir komandasını dəyişib.
Newsport.az xəbər verir ki, U-19 millimizin sabiq üzvü “Oldhem” klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında 2-ci liqa təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Serhat 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında 3 oyuna 3 qol vurub.