"Brügge" "Fənərbaxça"nın futbolçusunu transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Nabil Dirar karyerasını Belçikada davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi keçmiş klubu "Brügge" ilə anlaşıb. Keçidin tezliklə açıqlanacağı gözlənilir. "Mavi-qaralar" bu transfer üçün təzminat ödəməyib.

 

Mərakeşli oyunçu 2017-ci ildə "Monako"dan 4,5 milyon avro qarşılığında İstanbul klubuna keçib. Dirar 2008-2012-ci illərdə "Brügge"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right