"Fənərbaxça" sərt cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın son turunda "Fənərbaxça” - "Balıkəsirspor" matçında yerli azarkeşlərin intizamsızlığını cəzasız qoymayıb.

Newsport.az-ın məlumatına görə, İK-in qərarına əsasən "Fənərbaxça" növbəti turda azarkeşsiz oynamaq məcburiyyətində qalacaq.

Bundan əlavə "Fənərbaxça”ya 250 min TL miqdarında pul cəzası da kəsilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right