Konte iki oyunluq cəzalandırıldı

"İnter" klubunun baş məşqçisi Antonio Konteyə iki oyunluq cəza verilib.

Newsport.az A seriyasının rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis çempionatın 19-cu turunda "Udineze" ilə oyunun (0:0) fasiləsində hakimlə mübahisə etdiyi üçün bu cəzanı alıb.

İtaliyalı mütəxəssis "Benevento" (30 yanvar) və "Fiorentina" (5 fevral) ilə görüşlərdə texniki zonada yer almayacaq.

Konte həmçinin 20 min avro məbləğində cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right