“Fənərbaxça” “Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özilin transfer prosesinin irəliləməsi üçün onu İstanbula gətirir.
Newsport.az-ın məlumatına görə, bu barədə futbol klubunun rəsmi tvitter səhifəsində məlumat verilib.
“Klubumuz transfer prosesinin irəliləməsi üçün Məsut Özili İstanbula gətirir”, - paylaşımda deyilir.
Paylaşılan fotoda futbolçunun həyat yoldaşı ilə övladı da yer alıb.
Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
