Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.
“Antalyaspor” aşağı liqa təmsilçisi “Bursaspor”un qonağı olub. Super Liqa təmsilçisi qarşılaşmanın taleyini ilk yarıdakı üç qolla həll edib.
Digər 1-ci liqa təmsilçisi “Adana Dəmirspor” “Sivasspor”a layiqincə müqavimət göstərib. Sivaslılar yalnız əlavə vaxtda vurulan topla 1/4 finala adlayıb.
Günə “Qalatasaray”ın oyunu ilə yekun vurulub. İstanbul təmsilçisi “Yeni Malatyaspor”un qonağı olub. Matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Qalatasaray” mərhələ adlayıb.