Premyer Liqa klubunda Covid-19 şoku – baza bağlandı, məşq ləğv olundu

“Aston Villa” da koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə koronavirusa yoluxanların çox olduğu vurğulansa da, onların dəqiq sayı və kimlikləri açıqlanmayıb. Onların arasında həm futbolçuların, həm də klubda çalışanların olduğu bildirilir. Bu səbəbdən Birmingem təmsilçisi öz bazasını bağlayıb.

Komandanın İngiltərə kubokunun 1/32 final mərhələsi çərçivəsində “Liverpul”la oyunu öncəsi bugünkü məşqi də baş tutmayıb. “Aston Villa” – “Liverpul” matçı yanvarın 8-də keçirilməlidir. Lakin mövcud vəziyyətdə bu matçın təxirə salınacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right