"Fənərbaxça" ilə ilkin razılığa gəldiyi iddia olunan "Arsenal"ın futbolçusu Məsut Özilin yeni komandasında qazanacağı məbləğ də müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, "Arsenal"la mövsümün sonuna qədər olan müqaviləsini pozmağa çalışan Almaniya millisinin sabiq üzvünün illik maaşı 3,5 milyon avro təşkil edəcək. Bundan başqa, Özilin iki reklam sponsoru və əlavə bonusları da olacaq.
Klub ilə 3,5 illik sazişə qol çəkəcək 33 yaşlı pleymeykerin geyinəcəyi forma nömrəsi də bəllidir. Əslən Zonquldakdan olan Özil məmləkətinin avtomobil seriyası olan 67 nömrəsini daşıyacaq. Ancaq mövsüm bitdikdən sonra 10 nömrə ona həvalə ediləcək.