Özil "Di Si Yunayted"ə keçə bilər

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.

32 yaşlı türk futbolçu bu mövsüm bir oyunda belə iştirak etməyib. O, ümumiyyətlə, hazırkı mövsüm üçün sifariş edilməyib. Ona görə Özilin tezliklə hazırkı komandasını tərk edəcəyi gözlənilir.

Nnewsport.az football.london-a istinadən xəbər verir ki, onunla MLS təmsilçisi "Di Si Yunayted" yaxından maraqlanır və ona yaxşı şərtlər irəli sürüb. Konkret olaraq, klub Özilə məxsus M10 brendinin və 39 Steps Coffee şəbəkəsinin inkişafına yardım göstərəcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right