İngiltərə Premyer Liqasının 17-ci turunda ötən gecə keçirilən "Vest Bromviç" - "Arsenal" matçı (0:4) qarlı hava şəraitində oynanılıb.
Newsport.az-ın məlumatına görə, hələ oyundan əvvəl qar meydançanın üzərini tamamilə örtüb. Meydançanın xətləri təmizləndikdən sonra oyun başlayıb.
Matçın start fitindən sonra qar səngisə də, 15-ci dəqiqədə yenidən başlayıb. Qarlı havadan ən çox zövq alan isə fotoqraflar olub. Nəticədə ortaya maraqlı kadrlar çıxıb.