Qvardiola qərarını dəyişdi

"Əvvəl mən düşünürdüm ki, tezliklə pensiyaya çıxacağam. İndi isə fikrim dəyişib".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.

Qeyd edək ki, bir müddət əvvəl Pep Roy Hocson kimi 73 yaşına qədər işləməyin onun ürəyincə olmadığını söyləmişdi.

"Çelsi" ilə oyun öncəsi təşkil edilən mətbuat konfransında isə Qvardiola bildirib: "İndi mən deyə bilmərəm ki, karyeramı nə vaxt başa vuracağam. Qazandığım təcrübə həyata və işə fərqli məcrada baxmağa şərait yaradıb".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right