BATE-yə yeni baş məşqçi təyin edilib.
Newsport.az-ın məlumatına görə, bu barədə Belarus klubunun saytı məlumat yayıb.
Minsk təmsilçisi 36 yaşlı Vitali Jukovskinin baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Bu vəzifədə o, Aleksandr Lisovskini əvəzləyib. Jukovski 2010-cu ildən “İsloç” komandasında çalışıb.
Qeyd edək ki, BATE son mövsümü 3-cü yerdə tamamlayıb.